Türk Hava Yollarının Havana və Karakasa reysləri

Türk Hava Yolları (THY) Kubanın paytaxtı Havana ilə Venesuelanın paytaxtı Karakasa reys başlatdı.

635182
Türk Hava Yollarının Havana və Karakasa reysləri

Türk Hava Yolları (THY) Kubanın paytaxtı Havana ilə Venesuelanın paytaxtı Karakasa reys başlatdı.

THY mətbuat müşavirliyinin açıqlamasına görə, 119 ölkəyə uçuşu olan şirkət Amerika qitəsindəki 16. və 17. nöqtələri olan Havana və Karakası 20 dekabrdan tutmuş uçuş siyahısına əlavə edib.

Havana Jose Marti ilə Karakas Simon Bolivar beynəlxalq hava limanlarında mərasimlə qarşılanan ilk təyyarə səfərindən sonra iki şəhərdə də rəsmi açılış olub.

Digər tərəfdən quruluş kimi sosial məsuliyyət layihələrindən "Bridging Youth" ilə illərdir fərqli mədəniyyətləri birləşdirməklə yanaşı dünya gəncliyi arasında da körpü yaratmağı hədəf götürün THY Türkiyədən 4 tələbəni ilk uçuşla dünən Havanaya yola saldı.

Tələbələr səyahət müddətində Havanada tanış olacaqları kubalı gənclərin  rəhbərliyində fərqli bir ölkə və dəyişik mədəniyyətlə tanış olma imkanı əldə edəcəklər. Tələbələr çəkdikləri şəkilləri  THY-nın sosial şəbəkə hesabları vasitəsilə bölüşəcəklər.

 THY-nin Amerika Qitəsində Buenos Aires, Sao Paulo, Bogota, Panama, Toronto, Montreal, Chicago, Houston, Los Angeles, New York, Washington, Boston, San Francisco, Miami və Atlantadan sonra uçacağı 16. və 17. Nöqtələr olan Havana və Karakasa reyslər, çərşənbə axşamı, cümə axşamı və bazar günləri olmaqla həftənin 3 günü qarşılıqlı reallaşacaq.



Әlaqәli Xәbәrlәr