R.T.Ərdoğan: ''Bu qətl Rusiya-Türkiyə münasibətlərini pozmağa yönәlmiş tәxribatdır''

Türkiyәnin dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğan  Rusiya sәfiri  Andrey Karlova tәşkil edilәn  sui-qəsdi  sәrt dillә qınayaraq bildirib ki: ‘‘Bu hadisә Rusiya-Türkiyә münasibәtlәrini pozmağa yönәlmiş tәxribatdır’’.

633937
R.T.Ərdoğan: ''Bu qətl Rusiya-Türkiyə münasibətlərini pozmağa yönәlmiş tәxribatdır''

Türkiyәnin dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğan  Rusiya sәfiri  Andrey Karlova tәşkil edilәn  sui-qəsdi  sәrt dillә pisləyərək bildirib ki: ‘‘Bu hadisә Rusiya-Türkiyә münasibәtlәrini pozmağa yönәlmiş tәxribatdır’’.

Rusiya prezidenti Vladimir Putinlə bu hadisəni isti-isti dəyərləndirdiklәrini qeyd edәn Әrdoğan: ‘‘Cәnab Putin başda olmaqla  bütün dost Rusiya xalqına başsağlığı verirәm’’ deyә bildirib.

Ərdoğan bu qətlin Rusiya-Türkiyə münasibətlərinin normallaşmasını pozmağa yönəlmiş addım olduğunu, lakin tərəflərin bu təxribata uymayacağı ilə bağlı fikirlərinin üst-üstə düşdüyünü deyib.

 Hadisәni pislədiyini bildirәn Rәcәb Tayyib Әrdoğan: ‘‘Bu hücumu Türk millәtinә vә dövlәtinә edilmiş sayıram’’ deyib.

 Ərdoğan  Karlovun cənazəsinin  Rusiyadan gələcək təyyarə ilә  ölkəsinə göndəriləcəyini və birgə istintaq komissiyası yaradılacağını deyib.

Dövlәt başçısı  canlı yayımda verdiyi açıqlamada  həm Rusiya, həm də Türkiyә  xalqına başsağlığı verib.



Әlaqәli Xәbәrlәr