"Bu hücum Türkiyə ilə Rusiya arasındakı əlaqələri hədəf götürmüşdür", M.Çavuşoğlu

Çavuşoğlu bugün İranın da iştirakı ilə baş tutacaq Suriya mövzulu yığıncaqa qatılmaq məqsədilə Moskvaya səfər edib.

633940
"Bu hücum Türkiyə ilə Rusiya arasındakı əlaqələri hədəf götürmüşdür", M.Çavuşoğlu

Xarici İşlər naziri  Mövlud Çavuşoğlu Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun həyatını itirdiyi  sui-qəsd hadisəsini lənətləyərək bildirib ki, bu hücum əlaqələrimizi hədəf alıb ancaq, bizi heç kəs yolumuzdan qaytara bilməz.

Çavuşoğlu bugün İranın da iştirakı ilə baş tutacaq Suriya mövzulu yığıncaqa qatılmaq məqsədilə Moskvaya səfər edib.

Nazir jurnalistlərə açıqlama verərək deyib ki,  səfir Karlov Türkiyədə çətin bir dövrdə uğurlu fəaliyyətlər aparan bir diplomat idi. Ona yönəldilmiş bu sui-qəsd Türk və Rus xalqlarına yönəldilmiş sayılır.

Mövlud Çavuşoğlu mənfur hadisənin hər baxımdan tədqiq edilərək, yaxın zamanda işıqlandırılacağını söyləyib.

Nazir Çavuşoğlu hücumu həyata keçirənləri kimin dəstəklədiyini ortaya çıxarmaq üçün Rusiya ilə əməkdaşlıq ediləcəyini də sözlərinə əlavə edib.

Çavuşoğlu deyib ki, bu barədə cənab Putinin təklifinə hörmətli Dövlət başçımız dərhal müsbət cavab verdi. Rus mütəxəssislər də Türkiyəyə gələcəklər və təşkil ediləcək ortaq heyətlə hadisə tədqiq ediləcək və günahkarlar ortaya çıxarılacaq.



Әlaqәli Xәbәrlәr