Baş nazir Binəli Yıldırım Gürcüstanın baş naziri ilə görüşüb

Baş nazir Binəli Yıldırım Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsinin iki ölkə arasındakı əlaqələri pozmayacağını söyləyib.

634496
Baş nazir Binəli Yıldırım Gürcüstanın baş naziri ilə görüşüb

Baş nazir Binəli Yıldırım Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsinin iki ölkə arasındakı əlaqələri pozmayacağını söyləyib.

Yıldırım terror hücumlarının Türkiyədə insanlar arasında ayrı-seçkiliyə səbəb ola bilməyəcəyini, əksinə qardaşlığı gücləndirəcəyini bildirib.

Binəli Yıldırım Baş Nazirliyin İstanbuldakı Dolmabağça ofisində ölkədə səfərdə olan Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşündən sonra birgə mətbuat konfransında açıqlama verib.

Baş nazir deyib ki, terrorun hardan, kim tərəfindən gəlməsinə baxmayaraq, ölkəmiz, millətimiz və hökumətimiz həmrəylik içində bu və buna oxşar bəlaların öhdəsindən gələcəkdir.

Baş nazir ayrıca, axısqalıların Gürcüstana inteqrasiyası mövzusunda Türkiyə olaraq hər dəstəyi göstərməyə hazır olduqlarını ifadə edərək deyib ki, Gürcüstan 2007-ci ildən bəridir bir nömrəli ticarət tərəfdaşımızdır. İki ölkə arasındakı ticarət həcmini daha da artırmağı hədəf götürmüşük. İki ölkə arasındakı sərmayə qoyuluşları da davam etdirilir.

Gürcüstanın Baş naziri Kvirikaşvili də açıqlamasında deyib ki, Avrasiya tuneli Avropa və Asiya qitələrini bir-birinə bağlayaraq yeni nəqliyyat imkanlarını ortaya qoyur. İki ölkənin məqsədi tərəfdaşlarımızla birlikdə tarixi İpək Yoluna fəallıq qazandırmaqdır və bugün açılış mərasimində iştirak edəcəyimiz layihə də tarixi İpək Yolunun fəallığına yeni istiqamət qazandıracaqdır.



Әlaqәli Xәbәrlәr