Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçənin adı ‘Karlov’ olacaq

Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Rusiyaya səfəri çərçivəsində həmkarı Sergey Lavrov ilə paytaxt Moskvada bir araya gəlib.

634291
Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçənin adı ‘Karlov’ olacaq

Rusiya Xarici İşlər Nazirliyinin Qəbul Evində keçirilən görüşdən öncə Çavuşoğlu və Lavrov Ankarada sui-qəsd nəticəsində qətlə yetirilən səfir Andrey Karlovun xatirəsini yad ediblər, onun portreti önünə çələng dəstəsi qoyublar.

Rəsmi görüş əvvəli açıqlama verən Rusiya Xarici işlər naziri Lavrov, hücumun Türkiyə ilə əlaqələrə zərər verə bilməyəcəyini ifadə edərək: “Xain sui-qəsdin əmrini verən və təşkilatlandıran kəslərə yardım təmin edənlərin xəyallarını puça çıxaracaq tədbirlər həyata keçiriləcək. Suriyada terrora qarşı edilən mübarizənin qarşısını almaq üçün bu xain hücumun həyata keçirildiyi ehtimalını da gözdən yayındırmamalıyıq” deyə vurğulayıb.

Mevlüt Çavuşoğlu da Karlovun Ankaraya göndərilən “ən yaxşı diplomatlardan biri olduğunu”ifadə edərək başsağlığı verib və Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçənin adının ‘Karlov’ olaraq dəyişdiriləcəyini qeyd edib.



Әlaqәli Xәbәrlәr