Hələbdən 7 yaşlı uşağın yardım fəryadı:

XİN Çavuşoğlu, Hələbdən 7 yaşlı uşağın yardım tələbinə cavab verib

633031
Hələbdən 7 yaşlı uşağın yardım fəryadı:

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Suriyanın şərqi Hələb bölgəsində atəşkəs və xalqın evakuasiya edilməsi mövzusunda prezident Rəcəb Tayyib Ərdoğan və özündən sosial media vasitəsilə yardım tələb edən 7 yaşındakı Bana və anası Fatemahın çağırışına biganə qalmadıqlarını, əllərindən gələn cəhdi edəcəklərini bilidirib.

Xarici işlər naziri Çavuşoğlunun sözlərinə görə Hələbdən Bana adlı 7 yaşlı uşaq və anası, Bəşər Əsəd rejimi ordusu və rejim tərəfdarı xarici terrorist qruplaşmaların atəşkəsi pozuntularından sonra Twitt hesabından, prezident Ərdoğan və Çavuşoğluna yazdığı mesajda: “Sizdən təmənna edirəm, Lütfən, atəşkəsin bərpası və bölgədən ayrılmağımıza imkan yaradın”.

Xarici işlər naziri Mevlüt Çavuşoğlu Bananın twittinə, “Əziz qardaşım Bölgətəki çətinliklər səbəbiylə heç nədən imtina etmiyəcəyik. Sizin və digər minlərlə insanın təhlükəsizliyini təmin etmək üçün lazımlı addımları atırıq” deyə cavab verib.

Bana, daha əvvəl də Hələbdə atəşkəs pozuntusundan sonra Xarici işlər naziri Çavuşoğlundan yardım istəmiş və nazir Çavuşoğlu da ‘Ümidini qoru qardaşım, Türkiyə sənin fəryadına biganə qalmayacaq, sənin və bir çox Suriyalı uşağın yaşadığı kabusları sona çatdırmaq üçün əlimizdən gələn səyi edirik’ deyə cavab vermişdi.

 



Әlaqәli Xәbәrlәr