R.T. Әrdoğan: ‘‘Terror tәşkilatlarına qarşı milli sәfәrbәrlik ruhu ilә mübarizә aparacağıq’’

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan  Kayseridә törәdilәn xain terror aktı ilә әlaqәdar açıqlama verib.

632630

Dövlәt başçısı açıqlamasında: ‘‘Kayseridə törәdilәn terror aktı  bizi dәrindәn kәdәrlәndirdi. Terror aktları әsgәr vә  polis әmәkdaşlarımızla  birlikdә 79 milyon  vәtәndaşımızın hamısını hәdәf alır. Terror tәşkilatlarına qarşı  millәtimizlә birlikdә qәtiyyәtlә  mübarizә aparacağıq’’ deyә  vurğulayıb.

Dövlәt başçısı qeyd edib ki: ‘‘Separatçı terror təşkilatı (PKK) bütün imkanlarını istifadə edir. Terror tәşkilatının  әsas mәqsәdi  Türkiyənin önünü kəsmək, gücünü və enerjisini başqa istiqamətlərə yönəltməkdir’’

‘‘Məruz qaldığımız bu hücumların  bölgəmizdə baş verən hadisələrdən  xüsusilə Suriya və İraqdakı proseslәrdәn  hətta iqtisadiyyatdakı  dalğalanmalardan müstəqil olmadığını bilirik. Bu terror təşkilatlarına qarşı  millətimizlə birlikdə  milli səfərbərlik ruhu ilә  mübarizə aparacağıq’’- deyә  Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan bildirib.

Etiketlәr: #Kayseri , #terror aktı

Әlaqәli Xәbәrlәr