İran televiziyasında Türkiyə lehinə şüarlar səsləndi

İranın Ahvaz şəhərində keçirilən futbol matçı zamanı azarkeşlər Hələbdə keçirilən qırğınlara etiraz edərək, Türkiyə lehinə şüarlar səsləndirdilər.

632388
İran televiziyasında Türkiyə lehinə şüarlar səsləndi


 İranın Ahvaz şəhərində keçirilən futbol matçı zamanı azarkeşlər Hələbdə keçirilən qırğınlara etiraz edərək, Türkiyə lehinə şüarlar səsləndirdilər.
 
 Mülki aktivistlər tərəfindən "Facebook"da paylaşılan video çarxda Ahvazdakı "Əl-Qədi"r stadionunda keçirilən futbol matçında "Fulad"  komandasının tərəfdarlarının Əsəd rejimi əleyhinə şüarlar səsləndirməsi görüntülənir.
 
 Ahvazlılar üzərində ərəb dilində "Hələb yox olur", "Ey Hələb, hamımız səninləyik!" yazılmış plakatlarla gəldikləri stadionda "Ey Bəşər, Suriyadan rədd ol!" şüarları səsləndirdilər.
 
 Digər tərəfdən, İran dövlət televiziyasının canlı yayımladığı Təbriz komandası "Traktorsazi" ilə "Sepahan" arasındakı yarışmada da təbrizli azarkeşlərin Türkiyə lehinə şüarlar səsləndirməsindən sonra yayım kəsildi.



Әlaqәli Xәbәrlәr