Türkiyə ilə İttifaq arasında zirvə toplantısı keçiriləcək

Avropa İttifaqı Şurasının sədri Donald Tusk İttifaq müəssisələri ilə Türkiyə arasında  gələcək aylarda zirvə toplantısı keçirilməsi üçün addımlar atıldığını söyləyib.

631499

Tusk Avropa İttifaqının liderlər yığıncağından sonra verdiyi açıqlamada bildirib ki, Türkiyə ilə zirvə toplantısı keçirilməsi mövzusu müzakirə edildi. İttifaq müəssisələri ilə Türk rəsmilər arasında qarşıdan gələn aylarda toplantı keçirilməsinə dair səlahiyyət verildi. Amma indilik tarix dəqiqləşdirilmədi.

Türkiyə ilə dialoqu bu səviyyədə toplantılarla davam etdirmələrinin vacibliyinə toxunan Tusk deyib ki, nəticə əldə edilməsi lazım olan bir sıra ortaq təşəbbüslərimiz var. Viza rejiminin ləğvi ilə yanaşı gömrük sahəsində və qaçqın məsələsində əməkdaşlıq kimi müxtəlif mövzular müzakirə ediləcək.

Avropa İttifaqının bir rəsmisi isə zirvə toplantısının təxminən baharda keçiriləcəyini ifadə edib.

Әlaqәli Xәbәrlәr