Sloveniya prezidenti Borut Paxor TBMM sədri İsmayıl Kahramanla görüşdü

Türkiyənin paytaxtı Ankarada rəsmi görüşlər keçirən Sloveniya prezidenti Borut Paxor Türkiyə Böyük Millət Məclisinə gedərək, məclis sədri İsmayıl Kahramanla bir araya gəıdi.

631938
Sloveniya prezidenti Borut Paxor TBMM sədri İsmayıl Kahramanla görüşdü
kahraman-pahor1.jpg

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman Sloveniya prezidenti Borut Paxor və nümayəndə heyəti ilə heyətlərarası görüş keçirdi.
 
Sloveniya dövlət başçısını və nümayəndə heyətini Türkiyədə görməyə və qəbul etməyə şad olduğunu bildirən Kahraman keçirilən görüşlərin iki ölkə arasındakı dostluğu gücləndirməsi baxımından əhəmiyyət kəsb etdiyini qeyd etdi və: "İki ölkənin Balkanlarda və beynəlxalq platformalarda daha yaxın əməkdaşlıq içində olaraq ,sülhə və sabitliyə xidmət edəcəyinə inanırıq" dedi.
 
 Slovenia prezidenti 15 iyuldan sonra Türkiyəyə verdikləri güclü dəstəyi bir daha ifadə edərək: " Parlamentlər demokratiyanın ürəyidir, onu ayaqda tutan məhək daşlarıdır" dedi.
 
 Sonra Borut Paxor TBMM sədrinin müşayəti ilə Məclisin Fətullahçı Terror Təşkilatı/Paralel Dövlət İdarəçiliyinin15 iyul dövlət çevrilişi cəhdi zamanı bombalanan hissəsini gəzdi və çiçəklər qoydu.
 
Kahraman Paxora çevriliş gecəsinə dair məlumatlar verdi..
 
 Qeyd edək ki, Slovenia prezidenti  Borut Paxor dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım ilə ayrı-ayrılıqda görüşüb.
 
 



Әlaqәli Xәbәrlәr