“Tatarıstan iqtisadiyyatı Türk investorların sayǝsindǝ inkişaf edir”: Minnihanov

Tatarıstan prezidendi Rüstəm Minnihanov sǝfǝrdǝ olduğu Türkiyǝdǝ dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğan ilǝ bir araya gǝlib.

631345
“Tatarıstan iqtisadiyyatı Türk investorların sayǝsindǝ inkişaf edir”: Minnihanov

Prezident administrasiyasında qapalı qapılar arxasında baş tutan vǝ 40 dǝqiqǝ davam edǝn görüşdǝ İqtisadiyyat naziri Nihat Zeybekci dǝ olub.

Daha sonra Xarici İqtisadi Əlaqələr Şurasının ev sahibliyi etdiyi Türkiyə-Tatarıstan İş Forumunda çıxış edən Minnihanov, Türk iş adamlarının Tataristanda təxminən 2 milyard dollarlıq sǝrmayǝ yatırdıqlarını xatırladaraq: “Tatarıstan iqtisadiyyatı Türk investorların investisiyaları sayǝsindǝ inkişaf edir. Türk şirkətlərinin Tataristanda istehsal etdiklǝri mǝhsullar yalnız Rusiya və Tataristanda yox, digər ölkələrdə dǝ seçilir” deyǝ vurğulayıb.

 Viza rejiminin lǝğvi mövzusunda Rusiyanın Ankara səfirliyi ilə ortaq işlərin davam etdiyini ifadǝ edǝn izah edən Minnihanov, çoxlu viza tətbiqinin alternativ üsul ola biləcəyini bildirib.

Hava nəqliyyatının əhəmiyyətinə dǝ toxunan Tatarıstan prezidenti Minnihanov, hǝftǝnin hǝr günü Türkiyə ilə qarşılıqlı reyslǝrin bǝrpası tǝlǝblǝrini Türk Hava Yollarına bildirdiklǝrini sözlǝrinǝ  ǝlavǝ edib.

Tatarıstan Respublikası İnvestisiya İnkişaf Agentliyinin rǝhbǝri Taliya Minullina da, Tataristandakı xarici investisiyalar baxımından Türkiyənin ilk sırada olduğunu ifadǝ edǝrǝk: “İnvestisiya mövzusunda Türk investorlar çox sürətli qərar verir və bu qərarlar dərhal həyata keçirilir. Türklərin bu mövzuda tǝcrübǝli olduqları gözdǝn yayındırıla bilmǝz. investisiyalar mövzusunda xüsusilə səhiyyə sektörü ilk sırada yer tutur. Neft - kimya, enerji və avtomobil istehsalı sahələrində də investisiyalar davam edəcək” deyǝ vurğulayıb.



Әlaqәli Xәbәrlәr