Ömər Çelik: "Dünya Hələb üçün ayağa qalxmalıdır"

Almaniyada rəsmi səfərdə olan  Ömər Çelik mətbuat konfransı keçirdi.

631122
Ömər Çelik: "Dünya Hələb üçün ayağa qalxmalıdır"

Türkiyənin avropa ittifaqı işləri üzrə naziri Ömər Çelik Suriyanın Hələb şəhəri üçün dünyanın ayağa qalxmalı olduğunu söylədi.
 
Almaniyada rəsmi səfərdə olan  Ömər Çelik mətbuat konfransı keçirərək Türkiyənin son bir həftədə humanitar dəhliz üçün səy göstərdiyini, lakin bu təşəbbüsün təxribata uğradığını bildirdi.
 
Türkiyəli nazir bu qırğınların  dünya üçün utandırıcı olduğunu deyərək: "Biz bir gündə 100 min insanı qəbul etdiyimiz halda, Avropa 100 - 200 insan üçün məsələni ümumxalq referendumuna qədər aparmağa çalışır" dedi.

 Ömər Çelik: "Dünya Hələb üçün ayağa qalxmalıdır. Dünya bu biabırçılıqla üzləşməlidir " deyərək sözünə davam etdi.



Әlaqәli Xәbәrlәr