"Xain terror təşkilatları məqsədlərinə nail ola bilməyəcəklər", F.İşık

Milli Müdafiə naziri Fikri İşık bəzilərinin dəstək vermələri ilə Türkiyənin  gücünü zəiflətmək istəyən xain terror təşkilatlarının məqsədlərinə nail ola bilməyəcəklərini söyləyib.

629958
"Xain terror təşkilatları məqsədlərinə nail ola bilməyəcəklər", F.İşık

Milli Müdafiə naziri Fikri İşık bəzilərinin dəstək vermələri ilə Türkiyənin  gücünü zəiflətmək istəyən xain terror təşkilatlarının məqsədlərinə nail ola bilməyəcəklərini söyləyib.

Fransanın paytaxtı Parisdə görüşlər keçirən nazir Qərbi Fransa Türk Dərnəkləri Birliyinin Corbeil-Essonnes bölgəsində keçirdiyi yığıncaqda iştirak edib.

Yığıncaqda çıxış edən nazir Fransanın Müdafiə naziri Jean-Yves Le Drian ilə Türkiyənin ətrafında baş verən hadisələri dəyərləndirdiklərini qeyd edərək deyib ki, bölgəmiz həssas bir proseslə qarşı-qarşıyadır. Bu mürəkkəb vəziyyətdən ölkəmizin təsirlənməməsi qeyri-mümkündür. Xüsusilə Suriyada rejimin öz xalqını bombalaması ilə başlanan prosesdən sonra Türkiyə çox ciddi təhlükələrlə üzləşdi. Türkiyə olaraq bu təhlükələrin öhdəsindən gəlmək üçün əlimizdən gələnin ən yaxşısını yerinə yetirməyə cəhd göstəririk.

Türkiyənin 2013-cü ildən bəridir qarşılaşdığı daxili və xarici təhdidlərdən xilas olduğunu vurğulayan müdafiə naziri bildirib ki, Türkiyə dünyanın ən iri hava limanı layihəsi, Kanal İstanbul, nüvə stansiyalar kimi nəhəng layihələri həyata keçirməyə qərar verdiyi zaman “Gəzi hadisələri” baş verdi. Amma Türkiyə bu hadisələrin öhdəsindən gəlməyi bacardı. Her şey adi axarında getdiyi bir vaxtda 17-25 dekabr hadisəsi baş verdi. Bu oyunu oynayanlar indi məhkəmələrdə cavab verirlər.

Milli Müdafiə naziri Fikri İşık Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PYD) 15 iyuldakı çevriliş cəhdinə də toxunaraq deyib ki, Türkiyə ən ciddi xəyanət təşəbbüsünü 15 iyulda yaşadı. Hər şərtdə Allahın köməyi və millətimizin dəstəyi ilə bütün bəlaların öhdəsindən gəldik.



Әlaqәli Xәbәrlәr