Türk Hava Yolları əlverişsiz hava şəraitinə görə 20 daxili və xarici reysi ləğv edib

Türk Hava Yolları (THY) İstanbul hava limanı ilə ölkənin müəyyən bölgələrində gözlənilən əlverişsiz hava şəraitinə görə 20 daxili və xarici reysi ləğv edib.

629245

Türk Hava Yollarının mətbuat xidməti bugünə planlaşdırılan ölkə daxilinə 16, ölkə xaricinə isə 4 reysin mümkün olmayacağını açıqlayıb.

Açıqlamada sərnişinlərin səfərlərindən əvvəl uçuşla əlaqali son durumu "www.turkishairlines.com" internet ünvanından yaxud da  "444 0 849" nömrəli çağrı mərkəzindən öyrənmələri istənib.

Dövlət Hava Meydanları İdarəsinin Atatürk Hava Limanı Müdirliyi də yaşana biləcək əlverişsiz hava şərtlərinə görə bir sıra tədbirlər görüb. Buna görə bugün (13 dekabr) saat yerli vaxtla 15.00 ilə sabah (14 dekabr) 06.00 saatları arasında Atatürk hava limanından uçuşlar 5 faiz ixtisar ediləcək. Sərnişinlərin bilət aldıqları şirkətlərin internet saytlarından uçuşlarını təqib etmələri tövsiyə edilib.

Әlaqәli Xәbәrlәr