Diyarbəkirdə hərbi təyyarə qəzaya uğradı

Türkiyənin Diyarbəkir vilayətində hərbi təyyarə təlim uçuşu zamanı qəzaya uğradı.

629065
Diyarbəkirdə hərbi təyyarə qəzaya uğradı
diyarbakır uçak düştü 2.jpg

Türkiyənin Diyarbəkir vilayətində hərbi təyyarə təlim uçuşu zamanı qəzaya uğradı.

İtki yoxdur.
 
 Türk Silahlı Qüvvələrindən verilən məlumatda Diyarbakir 8-ci Baş Hərbi Təyyarə Bazasından havaya qalxan f-16 tipli hərbi təyyarənin təlim uçuşunu başa vurduqdan sonra enişə keçərkən qəzaya uğradığı qeyd olunur.
 
Təyyarə  Sur bölgəsinin Çarıqlı kəndi yaxınlığına düşüb.
 
 Pilot  xəstəxanaya catdırılıb.
 
 İlkin tədqiqlərə görə, texniki qəza təyyarənin düşməsinə səbəb olub.
 
 Hadisə yerinə təcili yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.



Әlaqәli Xәbәrlәr