Türkiyə terror qarşı tək ürək oldu

Əllərində Türk bayraqları ilə yürüşdə iştirak edən vətəndaşlar terrora lənət etdilər.

628243
Türkiyə terror qarşı tək ürək oldu

İstanbulda 30-u polis əməkdaşı olmaqla 38 nəfərin şəhid olduğu və 155 nəfərin yaralandığı çevik polis qüvvəsinə qarşı həyata keçirilən xain terror hücumu müxtəlif şəhərlərdə təşkil edilən yürüş və mətbuat açıqlamaları ilə pisləndi. Əllərində Türk bayraqları ilə yürüşdə iştirak edən vətəndaşlar terrora lənət etdilər.

Adıyamandan Tokata, Balıkəsirdən Mardinə, Əlazığdan Konyaya müxtəlif şəhərlərdə əllərində Türk bayraqları ilə vətəndaşlar küçələrə axışdı.

Terrora qarşı bir ürək olan vətəndaşlar şəhidlər üçün dua etdi, terroru lənətləyən şüarlar səsləndirildi.

İstanbulda Ədalət və İnkişaf Partiyasının İstanbul şəhəri təşkilatı, Türkiyə Demokratiya Platforması, İstanbul Ticarət Palatası ilə Qadın və Demokratiya Dərnəyinin də aralarında olduğu qeyri-hökumət təşkilatı üzvləri Beşiktaşda həyata keçirilən terror aktını lənətlədi.

Cümhuriyyət Xalq Partiyasının İstanbul şəhəri təşkilatı tərəfindən terrora qarşı “səssiz yürüş” keçirildi. Əllərində Türk bayraqları və “terrora öyrəşməyəcik” plakatları daşıyan qrup terror aktının həyata keçirildiyi yerə şəhid olan 38 nəfər üçün qərənfil düzdü.



Әlaqәli Xәbәrlәr