Əfqanıstan Təhsil Nazirliyi TİKA-ya təşəkkür etdi

Əfqanıstan Təhsil Nazirliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinə (TİKA) təşəkkür etdi.

628865
Əfqanıstan Təhsil Nazirliyi TİKA-ya təşəkkür etdi

TİKA Əfqanıstanda bu il dəstəklədiyi "Bacarıqların İnkişaf  Etdirilməsi" proqramı çərçivəsində 2 min 200 əfqan müəllimə təlim kursu keçdi.
 
 "Bacarıqların İnkişaf Etdirilməsi" proqramının bağlanış mərasiminin fəxri qonağı  Əfqanıstan təhsil naziri Asadullah Hənif Balkh verdiyi  dəstəyə görə Türkiyəyə təşəkkür etdi.
 
 Balkh bu dəstəyə görə Əfqan xalqının minnətdarlığının rəmzi olaraq hazırlanan "Təşəkkürnamə"ni TİKA-nın Əfqanıstan koordinatoru Süleyman Şahinə təqdim etdi.
 
 Mərasimdə kursun ən uğurlu tələbələrinə sertifikatları Əfqanıstanın təhsil naziri  və TİKA-nın Əfqanıstan koordinatoru verdilər.
 
 Mərasimdən sonra Əfqanıstan təhsil naziri  TİKA tərəfindən inşa olunan  və 1500 qız tələbənin təhsil alacağı Qızlar İnstitutunun korpusları ilə tanış oldu.
 
  Qeyd edək ki, Türkiyə ilə tarixi və mədəni bağları olan Mərkəzi Asiya, Qafqaz, Qara dəniz və Balkan ölkələrinə inkişaflarında dəstək verməyi qarşısına məqsəd qoyan TİKA 1992-ci ildə yaradılıb.
 
 Təxminən 100 ölkədə xidmət edən, Türkiyə Respublikasının  yeganə texniki yardım təşkilatı olan TİKA Mərkəz Təşkilatına əlavə olaraq, 48 ölkədə yerləşən 50 Proqram Koordinasiya Ofisi ilə çox geniş bir coğrafiyada və bütün sektorlarda işlərini davam etdirir.



Әlaqәli Xәbәrlәr