Dövlətin zirvəsi terroru ən sərt şəkildə pislədi

Dövlət məsulları xainlərə “qorxmadığımızı bilin” mesajı yaydı.

628320
Dövlətin zirvəsi terroru ən sərt şəkildə pislədi

İstanbulda 30-u polis əməkdaşı 38 nəfərin şəhid olduğu və 155 nəfərin yaralandığı çevik polis qüvvəsinə qarşı xain terror hücumundan sonra dövlətin zirvəsi terroru ən sərt şəkildə pislədi.

Dövlət məsulları xainlərə “qorxmadığımızı bilin” mesajı yaydı.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan “Biz qorxub meydanı bu xainlərə buraxacaq qədər alçalmadıq” deyib.

Millətə müraciət edən Ərdoğan bildirib ki, terror bəlası ilə mübarizəmiz axıradək davam edəcək. Matçdan sonra azərkeşləri əmin-amanlıq içində stadiondan çıxarıb daha sonra avtobuslara minmək üçün hazırlaşan bu gənc polis əməkdaşlarımıza, əl istehsalı olan partlayıcılar yerləşdirilmiş maşınla iki ayrı yerdə bu terrorçular xain şəkildə hücum etdi. Bu xain terror aktı ürəyimizi yandırdı. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, ailələrinə səbirlər diləyirəm. Millətimizin başı sağ olun. Amma bilinməlidir ki, bunun cavabı ağır olacaqdır.

Dövlət başçısı Ərdoğan bu kədərli hadisədən sonra Qazaxıstana səfərini təxirə saldı, İstanbulda Polis Müdirliyində təşkil edilən mərasimdə iştirak etdi.

Dövlət başçısı xəstəxanalarda müalicə olunan yaralılara da baş çəkərək, ilk öncə Bəzmialəm xəstəxanasında həkimlərdən məlumat aldı.

Ərdoğan daha sonra mətbuata açıqlama verərək deyib ki, terror bəlası ilə mübarizəmiz axıradək davam edəcəkdir. Heç kəs bundan şübhə etməsin. Bunların məqsədi bizi qorxutmaqdırsa biz elə qorxub meydanı bu xainlərə buraxacaq qədər alçalmadıq. Biz bu yola çıxarkən kəfənlərimizi geniyib çıxdıq. “Terrorla mübarizə bu xainlərin kökü kəsilənədək davam edəcəkdir”-deyə dövlət başçısı vurğulayıb.



Әlaqәli Xәbәrlәr