R.T.Әrdoğan:‘‘Terror təşkilatları eyni məqsəd üçün ölkəmizə və millətimizə hücum edir’’

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan  İstanbulda törәdilәn xain hücumla әlaqәdar həm baş nazir Binәli  Yıldırım, həm də Daxili İşlər Naziri Süleyman Soyludan  məlumat alıb.

627836
R.T.Әrdoğan:‘‘Terror təşkilatları eyni məqsəd üçün ölkəmizə və millətimizə hücum edir’’

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan  İstanbulda törәdilәn xain hücumla әlaqәdar həm baş nazir Binәli  Yıldırım, həm də Daxili İşlər Naziri Süleyman Soyludan  məlumat alıb. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İstanbulda törәdilәn terror aktından sonra verdiyi yazılı açıqlamada: ‘‘Allahın  köməyilә   ölkə və millət olaraq  terrorun, terror təşkilatlarının, terrorçuların və əlbəttə  onların arxalarındakı qüvvələrin öhdəsindən gələcəyimizdәn  heç kimin şübhəsi olmasın" deyib.

“Türkiyə nə zaman gələcəyə yönəlik müsbət bir addım atsa, cavabında dərhal terror təşkilatlarının əli ilə qan, can, vəhşilik, xaos olaraq qarşılıq verilir. Son illərdə dəfələrlə yaşadığımız bu alçaq hücumu edən terror təşkilatının adının heç bir əhəmiyyəti yoxdur. PKK, DEAŞ, FETÖ-su ilə  bütün terror təşkilatları eyni məqsəd üçün ölkəmizə və millətimizə hücum edir”,- deyə Türkiyənin dövlәt başçısı bəyanatında bildirib.



Әlaqәli Xәbәrlәr