İstanbuldakı terrorda ölənlərin sayı 38-ə çatıb

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

627988
İstanbuldakı terrorda ölənlərin sayı 38-ə çatıb

İstanbulun Beşiktaş rayonunda baş vermiş terror hadisəsi zamanı ölənlərin sayı 38 nəfərə çatıb.

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Süleyman  Soylu deyib ki, şəhid olanlardan 30-u polis əməkdaşı, 7-i  dә  mülki vәtәndaşdır.  O, ölənlərdən birinin kimliyinin hələlik müəyyənləşmədiyini də qeyd edib.

Nazir qeyd edib ki, hazırda xəstəxanalarda 155 yaralı var, onlardan 14-nün vəziyyəti ağırdır.

Süleyman  Soylu hazırda 13 nəfərin şübhəli şəxs qismində saxlanıldığını da vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr