İstanbulda iki partlayış nəticəsində 29 nəfər şәhid olub, 166 nəfər yaralanıb

İstanbulda törәdilәn iki terror aktı nәticәsindә  2-si mülki vәtәndaş, 27-si isә polis әmәkdaşı olmaqla 29 nәfәr şәhid olub, 166 nәfәr dә yaralanıb.

627832

Baş nazirin müavini Numan Kurtulmuş  İstanbulda dünәn axşam radәlәrindә futbol qarşılaşmasından sonra  hәyata keçirilәn  xain hücumlardan birinin bomba yüklü avtomobi ilә ikincisinin isә terrorçu-kamikadze tәrәfindәn törәdildiyini deyib.

Beynəlxalq aləmi Türkiyənin yanında olmağa dəvət edən Numan  Kurtulmuş bikdirib ki: ‘‘Kәdәrli  hadisә ilә qarşı-qarşıyayıq,  lakin milli birliyimizi terrorra qarşı milli mövqeyimizi  qorumaq mәcburiyyәtindәyik’’ 

Daxili İşlәr naziri Süleyman Soylu da İstanbulda törәdilәn iki partlayışla әlaqәdar 10 nəfərin saxlanıldığını deyib.

Qeyd edәk ki, Süleyman Soylu  hadisədәn sonra  paytaxt Ankaradan İstanbula gedib.  Süleyman Soylunu  Səhiyyə Naziri Rəcəb Akdağ vә  Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kaya  da müşayiət edir.

İstintaq orqanları xain hücumla bağlı  araşdırmalar aparır.

Әlaqәli Xәbәrlәr