Türkiyənin Xarici İşlər Nazirliyi Bəyanat verdi

Amerika Birləşmiş Ştatlarında "Suriyada fəaliyyət göstərən quruluşların bəzi həssas hərbi təchizatla təmin olunmasına İmkan verən səlahiyyət"  Konqres tərəfindən təsdiq olundu.

627411

 Türkiyə ABŞ-na sözügedən hərbi təchizatın Türkiyəni hədəf alan terror təşkilatlarının əlinə keçməməsi üçün xəbərdarlıq etdi.
 
Türkiyənin  Xarici İşlər Nazirliyi məsələ ilə əlaqədar bəyanat verdi.
 
Bəyanatda səlahiyyətin istifadə edilib- edilməyəcəyi, və ya hansı çərçivədə, kimə qarşı istifadə ediləcəyinin bu mərhələdə məlum olmadığı bildirilir.
 
 Bəyanatda ABŞ tərəfi ilə əlaqə yaradıldığı vurğulanaraq, Türkiyənin bu məsələyə baxışı və mövzu ilə bağlı həssaslığı xatırladılır.
 
Xarici işlər Nazirliyinin bəyanatında sözügedən hərbi təchizatın Türkiyəni hədəf alan terror təşkilatları başda olmaqla, yanlış əllərə keçməməsi barədə lazımi xəbərdarlıqlar edildiyi qeyd olunur..

Әlaqәli Xәbәrlәr