Hulusi Akar və  Curtis Michael Scaparrotti arasında telefon danışığı oldu

Telefon görüşü Scaparrottinin Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyul xain çevriliş cəhdi ilə bağlı açıqlamaları səbəbindən keçirildi.

627452
Hulusi Akar və  Curtis Michael Scaparrotti arasında telefon danışığı oldu

Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi general Hulusi Akar Avropa Müttəfiq Qüvvələr Komandanı, ordu generalı  Curtis Michael Scaparrotti ilə telefonla danışdı.
 
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, Akar Scaparrottinin FETÖ-nün xain çevriliş cəhdinə dair dekabrın 8-i və 9-da müxtəlif mətbuat orqanlarında yayılan açıqlamaları səbəbindən ona zəng edib. 
 
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumatda
 Akarın görüşdə FETÖ çevriliş cəhdi ilə bağlı həqiqətləri və məlum nöqteyi-nəzərləri bir daha Scaparrottiyə çatdırdığı qeyd olunur.



Әlaqәli Xәbәrlәr