Türkiyə Yunanıstana sərt reaksiya göstərdi

Türkiyə Fetullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyuldakı çevriliş cəhdindən sonra Yunanıstana sığınan qiyamçıların geri verilməməsinə sərt reaksiya göstərdi.

626619
Türkiyə Yunanıstana sərt reaksiya göstərdi

Türkiyə Fetullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyuldakı çevriliş cəhdindən sonra Yunanıstana sığınan qiyamçıların geri verilməməsinə sərt reaksiya göstərdi.

 Xarici işlər Nazirliyi sözçüsü səfir Hüseyn Müftüoğlu həmin mövzuyla bağlı açıqlamasında bildirib ki, qiyamçılardan 3-nün geri qaytarılmasına dair qərar qəbul edilərkən, 5 fərarinin ekstradisiya tələblərinin Afina Kassasiya Məhkəməsi tərəfindən rədd edilməsini başa düşməkdə çətinlik çəkirik. Yunanıstana qaçan 8 nəfərin Türkiyəyə geri qaytarılmasına dair prosesi çox yaxından təqib edirik.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO Xarici İşlər Nazirləri yığıncağında iştirak etmək üçün getdiyi Brüsseldə çərşənbə günü jurnalistlərin suallarına cavabən Yunanıstana qaçan qiyamçı əsgərlərin Türkiyəyə geri verilməsi ilə əlaqəli açıqlama verərək, bu ölkəyə sığınan hərbçilərin 8-nin də çevrilişə cəhd etdiyini vurğulamış və onların  hamısının da Türkiyəyə geri verilməsini istədiklərini söyləmişdi.

Türkiyə və Yunanıstan arasında ikitərəfli müqavilələrin olduğunu dilə gətirən Çavuşoğlu deyib ki, hüquq ortadadır. Biz heç vaxt hüquq  əsaslarını pozağın demirik. Lakin müqavilələr, hüquq, beynəlxalq qanunlar və konvensiyalar məlumdur. Bu şəxslər geri verilməlidir.

Xatırladaq ki, çevriliş cəhdindən sonra Sikorsky tipi hərbi helikopterlə Yunanıstanın Dedeağaç şəhərinə qaçan qiyamçı əsgərlər bu ölkədən sığınacaq istəmişdilər.



Әlaqәli Xәbәrlәr