Türkiyə  diplomatik nəzakət qaydalarını pozan Almaniyanın cavabını verdi

Türkiyənin hava limanları və sərhəd qapılarında alman rəsmilərinə onların ölkələrində Türklərin məruz qaldıqları rəftar eyni şəkildə tətbiq olunmağa başladı.

626755

 Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri  Ayşənur Bahçekapılının Almaniyada məruz qaldığı kobud rəftardan sonra 4 alman diplomatı İstanbul Atatürk hava limanında ciddi yoxlamadan keçirilərək gözlədildilər. Pasport nəzarət-keçid  məntəqəsindəki əməliyyatlar təxminən 2 saat davam etdi.
 
 Alman diplomatlar hərtərəfli yoxlamalar səbəbindən təyyarələrinə geçikdilər.
 
 Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Ayşənur Bahçekapılı Almaniya səfəri zamanı oğurlanan pasportunun əvəzinə müvəqqəti pasport almasına baxmayaraq, hüquq mühafizə əməkdaşlarının kobud davranışı ilə qarşılaşıb, daha sonra isə saxlanılıb.

 Bu hadisəyə sərt reaksiya verən Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan terroristləri ölkəsində saxlayan, onalara yardım və vasitəçilik edən Almaniyanın TBMM-nin  vitse-spikerinə qarşı bu nəzakətsizıiyinin qarşılıqsız qalmayacağını söyləmişdi.

Әlaqәli Xәbәrlәr