Milli valyutanın məzənnəsinin sabitliyini qorumaq üçün görülən geniş tədbirlər

Baş nazir Binəli Yıldırım iqtisadiyyatda görülən müxtəlif tədbirləri açıqladı.

626639
Milli valyutanın məzənnəsinin sabitliyini qorumaq üçün görülən geniş tədbirlər

Baş nazir Binəli Yıldırım iqtisadiyyatda görülən müxtəlif tədbirləri açıqladı.

Açıqlanan qərarlara əsasən, hökumət 2017-ci ildə ölkə iqtisadiyyatını daha əsaslı idarə etmək, o cümlədən milli valyutanın məzənnəsinin sabitliyini qorumaq üçün geniş tədbirlərə başlayıb.

Baş nazir Binəli Yıldırım problemli kreditlərin idarə olunması, yeni kredit mənbələri, istehsalın artımı, daxili bazarın tənzimlənməsi, yeni iş yerlərinin açılması və s. məsələlərə dair qəbul olunan hökumət qərarları barədə geniş məlumat verib. O, 2017-ci ilin ölkədə “Qənaət ili” elan olunduğunu söyləyib.

Açıqlamaya görə, 2017-ci ildə istehsalat sahəsindəki yatırım xərcləri üçün bu sahəyə dəstək nisbəti mövcud miqdardan 15 faiz artıq olacaq. Qurumlara dair vergidə endirim dəqiq olaraq tətbiq ediləcək.

Ölkə xaricindən iş görənlər yaxud podratçılıq xidmətlərinə istifadə edilən valyuta kreditlərində firmaların ölkə daxilindən təmin edəcəyi Türk malı və xidmətlərə dair sıfır faiz tətbiq ediləcək.

500 mini xüsusi iş sahələrində olmaqla 600 min nəfər işlə təmin ediləcək. Dövlətə yeni bina, maşın və təcili ehtiyacdan başqa işçi qəbulu dayandırılacaq. Xüsusi sektör firmalarının maliyyətləri məhdud ediləcək. İxracatın artırılması sahəsində tədbirlər görüləcək.

Sosial Sigorta İdarəsinə borclar 9 ay faizsiz təxirə salınacaq.

Dövlət müqavilələri məcbur olmadıqda valyuta üzərindən imzalanmayacaq.



Әlaqәli Xәbәrlәr