Türkiyə ilə Rusiya arasında ortaq fond yaradılacaq

Türkiyə və Rusiya arasında enerji sahəsində iri layihələrlə əlaqəli ortaq fond yaradılacaq.

625056
Türkiyə ilə Rusiya arasında ortaq fond yaradılacaq

Baş nazir Binəli Yıldırım Rusiyanın paytaxtı Moskvada keçirdiyi görüşləri çərçivəsində Rusiya baş naziri Dimitri Medvedev ilə bir araya gəlib.

Görüşün əsas gündəm maddəsini Suriyadakı son vəziyyət, Hələbdəki insanlıq faciəsi təşkil edib.

Baş nazir Binəli Yıldırım Hələbdə yaşanan insanlıq faciəsinə təcili son qoyulması və şəhərdəki  insanlara humanitar yardımların çatdırılmasının daşıdığı əhəmiyyəti vurğulayaraq deyib ki, bunun üçün iki tərəf də cəhd göstərir. Buna görə də Suriyadakı məsələnin həllinə daha yaxınıq.

Suriyada özünə qərargah quran terror təşkilatları olduğunu ifadə edən baş nazir bildirib ki, Medvedev də Suriyadakı vəziyyətin sabitliyə qovuşdurulması və normallaşmasının onlar üçün ilkin plandakı mövzu olduğunu söylədi.

Görüşdə iki ölkə arasındakı iri layihələrlə əlaqəli atılan addımların  da müzakirə edildiyini bildirən Binəli Yıldırım deyib: “Nüvə enerji ilə əlaqəli Akkuyu layihəsi bizim üçün strateji layihədir. Bundan sonrakı hədəfimiz layihəyə bir qədər də sürət qazandıraraq, ən azı Türkiyənin qurulmasının yüzüncü ildönümündən (2023) əvvəl bir fazasının həyata keçirilməsidir.

Birgə yatırım fondu yaratmağa qərar verdiklərini ifadə edən Medvedev isə deyib ki, müxtəlif layihələri maliyyələşdirəcək və üçüncü ölkələrdə də birgə layihələr həyata keçirəcəyik.

Medvedəv Rusiyanın təbii qazını Türkiyə üzərindən Avropaya nəql edəcək “Türk axını”  layihəsində isə Moskvanın təsdiqləmə mərhələsində olduğuna təkidlə deyib ki, Türkiyənin dövlət başçısı Ərdoğan da əlaqəli qanunu təsdiqlədi. Yaxın zamanda bizdə də təsdiqləmə prosesi tamamlanacaq.

Baş nazir Binəli Yıldırım Moskvada son görüşünü prezident Vladimir Putinlə keçirib.

Yıldırım və Putinin 1 saat 15 dəqiqə çəkən görüşündə ikitərəfli əlaqələr ətraflı şəkildə müzakirə olunub.

Baş nazir Yıldırım görüşdən sonra verdiyi açıqlamada deyib ki, kənd təsərrüfatı, nəqliyyat, ticarət və sənaye kimi müxtəlif sahələrdə qarşılıqlı yatırımların inkişaf etdirilməsi adından atılacaq addımlar olduğu ifadə edildi, bu minvalda əlimizdən gələnin yerinə yetiriləcəyi qarşılıqlı olaraq dilə gətirildi.

Baş nazir və Putin görüşü ilə əlaqəli olaraq Kremlindən yayılan açıqlamada “Putin Ərdoğanın “Türk axını” layihəsinə verdiyi dəstəyə görə minəttardır. Baş nazir Yıldırımın Moskvaya səfəri yeni yüksək səviyyəli bir zirvəyə əsas təşkil edir” deyilib.



Әlaqәli Xәbәrlәr