Fətullahçı terror təşkilatına aid daha 6 məktəb TMV təhvil verilir

Qərbi Afrika ölkəsi Seneqalda təxminən 3 min şagirdin təhsil aldığı Fətullahçi Terror Təşkilatına (fəto) aid 6 məktəb, Türkiyə Maarif Vəqfinə (TMV) təhvil verilir.

625359
Fətullahçı terror təşkilatına aid daha 6 məktəb TMV təhvil verilir

TMV-nin vitse-prezidenti səfir Dr. Həsən Yavuzun məlumatına görə, ölkədəki TMV heyətinin Seneqal hökumətiylə etdiyi danışıqlar nəticəsində məktəblərin vəqfə təhvil verilməsini nəzərdə tutan razılaşma imzalanıb.

Danışıqlar çərçivəsində Seneqal prezidenti Macky Sall və xarici işlər naziri Mankeur Ndiaye ilə bir araya gəldiklərini ifadə edən səfir Yavuz, məqsədlərinin dost və qardaş ölkələrin də Türkiyə kimi zərər görmələrinin qarşısını almaq olduğunu qeyd edib.

İmzalanan razılaşma ilə yalnız məktəblərin təhvil alınması yox, eyni vaxtda Seneqalın iqtisadi və ictimai inkişafına dəstək olmağın da məqsəd götürüldüyünü ifadə edən Yavuz: "Bütün ölkələrdə Terror təşkilatı fətonun fəaliyyətlərinin qarşısını almaq üçün səylərimiz davam edir. Razılaşma bütün millətimizə xeyirli olsun” deyə vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl də Qvineya, Çad və Sudan kimi ölkələr ilə də fəto məktəblərinin TMV-nə təhvilini nəzərdə tutan razılaşmalar imzalanmış və Somali, 15 iyul çevriliş cəhdindən dərhal sonra məktəbləri Türk orqanlarına təhvil vermişdi.



Әlaqәli Xәbәrlәr