Mövlud Çavuşoğlu Brüsseldə Federica Mogherini ilə görüşdü

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO üzvü olan ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsseldədir.

624789
Mövlud Çavuşoğlu Brüsseldə Federica Mogherini ilə görüşdü

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun Mərkəzi Qərargahında üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsseldədir.
 
 Amerika Birləşmiş Ştatlarında noyabrın 8-də keçirilən prezident seçkilərindən sonra ilk dəfə bir araya gələn müttəfiqlər ittifaqın növbəti ildə atacağı addımları müzakirə edəcəklər.
 
 Rusiyaya qarşı görüləcək müdafiə tədbirləri və Aralıq dənizdəki insan qaçaqmalçılarına qarşı əməliyyatlar da gündəmin əsas məsələləri olacaq. 
 
 Türkiyə - Avropa İttifaqı Müştərək Fəaliyyət Planının qüvvəyə minməsindən sonra Egey dənizindəki nizamsız miqrasiyanın qarşısının alınmasında NATO gəmiləri də xidmət etməyə başlamışdı.
 
 Türkiyə insan qaçaqmalçılarına qarşı əməliyyatlarda məqsədin əldə olunduğuna diqqət çəkərək, Egey dənizindəki NATO missiyasının sona çatdırılmasının lazım olduğu fikrindədir.
 
 Bu istiqamətdə NATO gəmilərinin artıq Aralıq dənizinin orta bölümündə əməliyyatlarda iştirak etməsi gözlənilir.
 
 Mövlud Çavuşoğlu bu toplantıdan əvvəl Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federica Mogherini ilə görüşdü.
 
 Aİ Komissiyasının binasında keçirilən görüşdə Aİ və Türkiyə arasındakı əlaqələr ilə Suriya başda olmaq üzrə regional məsələlər müzakirə olundu.



Әlaqәli Xәbәrlәr