Türkiyədə terrorla mübarizə davam edir

Təhlükəsizlik qüvvələri qışa sursat və logistika materialları tədarük edən terrorçuların yuvalarını vurdu.

623432
Türkiyədə terrorla mübarizə davam edir

Türkiyənin Şırnak, Hakkari, Siirt, Mardin və Bitlis bölgələrində 24-30 noyabr tarixləri arasında əməliyyatlarda separatçı terror təşkilatı PKK -ya aid 94 terrorçu zərərsizləşdirildi.
 
 Təhlükəsizlik qüvvələri qışa sursat və logistika materialları tədarük edən terrorçuların yuvalarını vurdu.
 
 Təşkilatın 53 sığınacaq və anbarında olan çox miqdarda yaşayış ləvazimatı və ərzaq ilə əlaqədar sənədləri məhv edildi.
 
 Təhlükəsizlik qüvvələri, 45 əl qumbarası, 2 snayper tüfəngi, 44 piyada tüfəngi, 3 ton ammonium nitrat və başqa hərbi sursatlar ələ keçirdi.
 
 Hakkarinin Ördəkli kəndinin Doğanca düzənliyində separatçı terror təşkilatı PKK tərəfindən hazırlanan partlayıcı maddə yüklü nəqliyyat vasitəsi məhv edildi.
 
 Terror təşkilatı PKK-nın liderlərlərinə qarşı aparılan əməliyyatlar nəticəsində  mavi və boz siyahıda olan 2 terrorçu zərərsizləşdirildi.

Narkotik vasitələrin istehsalı, ticarəti və qaçaqmalçılıq ilə mübarizə  əməliyyatları nəticəsində təxminən 4 ton narkotik maddə və 770 min paket qaçaq siqaret ələ keçirildi.



Әlaqәli Xәbәrlәr