“ABŞ-ın bu hərəkəti yanlışdır”, İ.Kalın

Türkiyənin dövlət başçısı sözçüsü İbrahim Kalın: “Amerika Birləşmiş Ştatlarının  separatçı terror təşkilatı PKK-nın Suriyadakı qolu PYD ilə əməkdaşlıq etməsi yanlış hərəkətdir”.

622854
“ABŞ-ın bu hərəkəti yanlışdır”, İ.Kalın

  İ.Kalın bu sözləri Türkiyənin özəl telekanalında gündəmlə bağlı mözuları dəyərləndirərkən söyləyib və bunları da deyib:

  "PYD işinə gəldiyi zaman rejimlə (Suriya hökumətilə), işinə gəldiyi zaman Rusiya ilə, işinə gəldiyi zaman isə amerikalılarla iş birliyi qurur. Sabah da Hizbullahla birləşər.”

  Avropa İttifaqının Türkiyənin Fövqəladə Vəziyyət zamanı göstərdiyi mövqeyini də tənqid edən Kalın deyib:

  “Barmaq yelləyərək Türkiyəyə qarşı çıxışlar dövrü mənasızdır, avropalılar bunu anlamalıdır.

  İngiltərə, Fransa və İspaniya eyni vaxtda üç terror təşkilatının hücumuna məruz qalsaydı, görəsən, neyləyərdi?

  Fransa Fövqəladə Vəziyyət elan edəndə demokratik olur, amma Türkiyə tətbiq edəndə insan hüquqlarına zidd olur?”

  Konstitusiya dəyişikliyinə də toxunan Kalın Türkiyənin yeni modelə keçməsiylə hər sahədə daha yüksək səviyyəyə çıxacağını, daha sürətli və təsirli qərarlar verəcəyini söyləyib.



Әlaqәli Xәbәrlәr