Suriyada terror koridoru açma hədəflərinin qarşısı alınacaqdır

Milli Təhlükəsizlik Şurası terror təşkilatı PKK/PYD-YPG üzvü terrorçuların Suriyada terror koridoru açma hədəflərinə icazə verilməyəcəyini bildirib.

621280
Suriyada terror koridoru açma hədəflərinin qarşısı alınacaqdır

Milli Təhlükəsizlik Şurası terror təşkilatı PKK/PYD-YPG üzvü terrorçuların Suriyada terror koridoru açma hədəflərinə icazə verilməyəcəyini bildirib.

Şura həmçinin beynəlxalq ictimaiyyəti Hələbdə davam edən insanlıq faciəsinə son qoyulması ilə əlaqəli addımlar atmağa çağırıb.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın rəhbərliyində Cümburbaşqanlığı iqamətgahında keçirilən və 6 saata yaxın davam edən Milli Təhlükəsizlik Şurasının yığıncağından sonra verilən açıqlamada bildirilib: İctimai asayişin və vətəndaşların dinclik və əmin-amanlığının təmin edilməsi məqsədilə aparılan fəaliyyətlərlə təhlükəsizliyi təhdid edən digər mövzular ətraflı şəkildə müzakirə edildi. Bu çərçivədə PKK/PYD-YPG, Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY) və DEAŞ terror təşkilatları ilə bütöv şəkildə mübarizənin qətiyyətli olaraq davam etdirilərək, terrorun ölkənin gündəmindən çıxarılması barədə güclü iradə təsdiqləndi. Bəzi ölkələr PKK/PYD-YPG və FETÖ/PYD lehinə ikiüzlü rəftar edirlər, mənsublarına və tərəfdaşlarına dəstək olurlar, bunları qərəzli olaraq fərqli şəkildə təsvir edirlər. Bu ölkələri mövqelərini dəyişməyə dəvət edirik.

Açıqlamada “Fərat Qalxanı” əməliyyatının əsas hədəfinin “sərhədin təhlükəsizliyinin təmin edilməsi, Trükiyəyə yönəldilmiş hücumların qarşısının alınması, DEAŞ və digər terror təşkilatlarının bölgədən tamamilə təmizlənməsi” olduğu bir daha vurğulanıb. Bildirilib ki, Suriyanın torpaq bütövlüyü əsas olmaqla qardaş Suriya xalqının və bölgədəki vətəndaşlarımızın əmin-amanlığı üçün PKK/PYD-YPG ünsürlərinin terror koridoru açma hədəflərinə icazə verilməyəcəyi vurğulandı. Beynəlxalq ictimaiyyət Hələbdə davam edən insanlıq faciəsinə son qoyulması ilə əlaqəli addımlar atmağa çağırıldı. Rejimin xəstəxanalar daxil, mülki hədəfləri bombalayaraq hər yaşdan xeyli sayda günahsız insanın ölümünə səbəb olduğu, bu vəziyyətə artıq son qoyulması üçün dərhal vasitəçi olunması və bunun artıq bir insanlıq günahı olduğu dilə gətirildi.

Açıqlamada həmçinin İraqda PKK və DEAŞ terror təşkilatlarına qarşı Türkiyənin özünü müdafiə hüququnun olduğunun dilə gətirildiyi bildirilərək deyilib ki, yığıncaqda Mosul və Təlafər başda olmaqla bölgənin demoqrafik qurğunun mühafizə edilməsi də dilə gətirildi.  

Açıqlamada Kıbrısda müzakirə prosesindəki son proseslərin adanın təhlükəsizliyini əsas götürəcək şəkildə və Şimali Kıbrıs Türk Cümhuriyyətinin haq və mənfəətlərinin qorunması çərçivəsində dəyərləndirildiyi ifadə edilərək, Kıbrısda iki tərəfli, iki icmalı və tərəflərin siyasi bərabərliyinə əsaslanan müzakirələrə verilən qurucu dəstəyin vurğulandığı qeyd edilib.



Әlaqәli Xәbәrlәr