“Fərat Qalxanı” əməliyyatının hədəfi terror təşkilatlarıdır”, R.T Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Suriyada Türkiyə Silahlı Qüvvələrinin başçılığında həyata keçirilən “Fərat Qalxanı” əməliyyatının hədəfinin bir şəxs yaxud ölkə olmadığını deyib.

621724
“Fərat Qalxanı” əməliyyatının hədəfi terror təşkilatlarıdır”, R.T Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Suriyada Türkiyə Silahlı Qüvvələrinin başçılığında həyata keçirilən “Fərat Qalxanı” əməliyyatının hədəfinin bir şəxs yaxud ölkə olmadığını deyib.

Dövlət başçısı Ərdoğan Cümhurbaşqanlığı iqamətgahında təşkil edilən 30-cu Muxtarlar (kəndxuda) yığıncağında çıxış edərək deyib ki, avqustun 24-dən bəridir davam edən “Fərat Qalxanı” əməliyyatının hədəfi terror təşkilatlarıdır.

Ərdoğan Avropa İttifaqının ikiüzlü siyasətdən imtina etməsi şərtilə Türkiyənin  İttifaqa üzv olmağa hazır olduğunu deyib.

”Biz Avropada ev sahibiyik və bizi Avropadan xaric etməyə nə Avropa İttifaqının, nə də irqçilik pəncəsinə düşənlərin gücü çatar”. Biz Avropada qonaq deyilik, ev yiyəsiyik. Aİ və və bəzi Avropa ölkələri ilə son dövrdə yaşadığımız problemlər aktual siyasi ziddiyyətlərdir.

"Vizanı sərbəstləşdirsələr, qaçqınlara yardım etsələr və münasibətlərin qurulmasında yeni səhifələr açsalar, onda biz də onlara xoş niyyət göstərəcəyik. Avropa öz üzərinə düşənləri edərsə, biz də verdiyimiz sözə əməl edəcəyik. Əks təqdirdə özləri bilsinlər"deyə Ərdoğan vurğulayıb.

Dövlət başçısı Ərdoğan Qərblə olan əlaqələrin Şərqə, Şərq ilə olan əlaqələrin Qərbə alternativ kimi görülmədiyini ifadə edərək bildirib ki, bunun əksinə biz mövqəyimizi özümüz və dostlarımız tərəfdən bir-birini tamamlayan, bir-birini bütöv hala gətirən əlaqələrin zəmanəti kimi görürük. Eyni vəziyyət Qara dəniz və Aralıq dənizi bölgələri üçün də qüvvədədir. İki dənizin də dörd bir tərəfindəki ölkələr ‘qapımız eyni’olmasa da ‘dənizimiz eynidir’, qonşumuzdur.



Әlaqәli Xәbәrlәr