Prezident Ərdoğan, Fələstin Dövlət Başçısı Mahmud Abbası tǝbrik edib

Prezident Rəcəb Tayyib ərdoğan ilǝ Fələstin Dövlət Başçısı Mahmud Abbas arasında telefon danışığı olub.

620772
Prezident Ərdoğan, Fələstin Dövlət Başçısı Mahmud Abbası tǝbrik edib

Prezident ərdoğan telefon etdiyi Mahmud Abbası Fəthin 7-ci Konqresində növbǝti dǝfǝ prezident seçilməsi münasibətilə təbrik edib. Fələstinlilər arasındakı uzlaşma və hǝmrǝylik uğrunda edilǝn sǝylǝrin tǝqdirǝ şayan olduğunu qeyd edib. İsraildə azanın qadağan edilməsini nəzərdə tutan qanun layihǝsi ilǝ ǝlaqǝli qayğılarını sǝslǝndirib. Fələstin Dövlət Başçısı Abbas isə mövzuya göstǝrdiyi hǝssaslıq sǝbǝbinǝ görǝ ərdoğana minnǝtdarlığını bildirib. Görüşdǝ, İordan çayının qǝrb sahilindǝ 5 min fələstinlini işlǝ tǝmin edǝcǝk Cenin Sənaye Bölgəsi Proyektinin sürətlə irəliləməsi dǝ yüksǝk qiymǝtlǝndirilib.



Әlaqәli Xәbәrlәr