"Sizin belə bir bayrağınız ola bilməz", R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyənin Avropa İttifaqı ilə arasında məsələnin hələ bağlanmadığını deyib.

620093
"Sizin belə bir bayrağınız ola bilməz", R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyənin Avropa İttifaqı ilə arasında məsələnin hələ bağlanmadığını deyib.

Dövlət başçısı Türkiyənin önündə hər zaman başqa seçimlər olduğunu da bildirib.

Ərdoğan İstanbulda keçirilən 7-ci Boğaziçi zirvəsində çıxış edib.

Ərdoğan Avropa İttifaqı məsələsinin Türkiyə üçün hazırda bağlanmadığını qeyd edərək deyib ki, amma şərtlər bu mövzuda müsbət şəylər gözləməyimizə icazə vermir.

Avropa İttifaqının Türkiyəni 53 ildir qapısında gözlətdiyini vurğulayan Ərdoğan deyib ki, biz bu 53 ili əsasən davam etdirmişik. Müxtəlif ölkələrə təzyiqlər etdiniz. Lakin Türkiyəni təzyiq altında saxlaya bilməzsiniz. Hal-hazırda işlədiğimizin iki qatı üç qatı işləyərik və yenə baş əymərik. Bizə elə ideoloji təzyiqlə baş əydirməyə cəhd edənlər qüsura baxmasınlar, Türkiyə o ölkələrdən biri deyildir.

Türkiyənin qarşısında hər zaman müxtəlif seçimlər olduğunu vurğulayan Ərdoğan bildirib ki, bunlardan biri dəğərləndirilərək yola davam edilər.

Müraciətində Kıbrıs Rum icmasının Avropa İttifaqı toplantılarında Kıbrıs adası adından bayraqla iştirak etməsini də tənqid edən Ərdoğan: “Sizin belə bir bayrağınız ola bilməz.  Sən Cənubi Kıbrıs Rum rəhbərliyisən, şimalda da Türk Cümhuriyyəti var. Elə yaxud belə bunu başa düşəcəklər.



Әlaqәli Xәbәrlәr