Mevlüt Çavuşoğlu, Espen Barth Eide ilə görüşüb

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katibinin Kıbrıs üzrə xüsusi nümayəndəsi Espen Barth Eide ilə telefonda danışıb.

618832
Mevlüt Çavuşoğlu, Espen Barth Eide ilə görüşüb

Görüşdə, Kıbrıs probleminə əhatəli həll yolu tapılması məqsədiylə davam edən müzakirilər məzmunundakı son proseslər təhlil edilib.

Xatırladaq ki, ötən həftə BMT-nın başçılığında İsveçrənin Mont Pelerin qəsəbəsindəki Le Mirador Hoteldə keçirilən iclasda Türk və Rum tərəfi arasında razılaşma əldə edilə bilməmişdi. Buna görə Xarici işlər naziri Çavuşoğlu da, 24-25 noyabr tarixləri arasında Şimali Kıbrıs Türk Respublikasına iş güzar səfər reallaşdıraraq KKTR prezidenti Mustafa Akıncı, Baş nazir Hüseyn Özgürgün və digər yüksək səviyyəli səlahiyyətlilər ilə bir araya gələrək müzakirələrdə çatılan mərhələni qiymətləndirmişdi.



Әlaqәli Xәbәrlәr