Türkiyǝ İraqda törǝdilǝn terror aktını lǝnǝtlǝyib

XİN şiə zǝvvarları hədəf götürǝn və çox sayda adamın həyatını itirməsi və ya yaralanmasına səbəb olan terror hücumunu pislǝyib

617446
Türkiyǝ İraqda törǝdilǝn terror aktını lǝnǝtlǝyib

Türkiyə, İraqın paytaxtı Bağdadın cənubundakı Kərbəla şǝhǝrindǝ tǝşkil edilǝn dini mǝrasimindǝn qayıdan Şiǝ zǝvvarları hədəf alan və təxminən yüz nǝfǝrin ölümü ilǝ nǝticǝlǝnǝn terror hücumunu pislǝyib.

Xarici İşlər Nazirliyindən  verilǝn açıqlamada: “Bağdadın cənubunda, Hillə şəhəri yaxınlığında Kərbəladan qayıdan şiə zǝvvarları hədəf götürǝn və çox sayda adamın həyatını itirməsi və ya yaralanmasına səbəb olan terror hücumunu lǝnǝtlǝyirik. Hücumda həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı və yaralılara təcili şəfalar dilǝyirik. Türkiyə, din, məzhəb və etnik ayrı-seçkilik etmǝyǝrǝk bölgəni təhdid edən terror təşkilatları və terrorçulara qarşı mübarizədə İraq hökuməti ilə əməkdaşlıq və həmrəylik çǝrçivǝsindǝ addım atmaqda davam edǝcǝk” deyilib.



Әlaqәli Xәbәrlәr