Türkiyədən Rusiyaya ixrac edilən 5 növ məhsula aid  idxal qadağası ləğv olunur

Rusiya yenidən Türkiyədən badımcan, bibər, nar, balqabaq və kahı idxal edəcək.

615116
Türkiyədən Rusiyaya ixrac edilən 5 növ məhsula aid  idxal qadağası ləğv olunur

Türkiyədən Rusiyaya ixrac edilən növbəti 5 məhsula aid  idxal qadağası ləğv olunur.

Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq üzrə naziri Faruk Çelik  Soçidə təşkil edilən ikinci Ümumdünya Taxıl Forumunda Rusiya rəsmiləri ilə görüşdü.

Görüşlərdən sonra açıqlama verən Faruk Çelik idxal qadağası ləğv olunan məhsullarla əlaqədar olaraq:"Bu məhsullar badımcan, bibər, nar, balqabaq və kahıdır. Heyətlərarası görüşdə bu 5 məhsulun idxalı əlaqədar bu gün iclas keçirəcəklərini və böyük ehtimalla də qadağanı ləğv edəcəklərini bizə bildirdilər” dedi.

 



Әlaqәli Xәbәrlәr