Çavuşoğlu ilǝ Kerry arasında telefon danışığı olub

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Amerika Birləşmiş Ştatları dövlǝt departamentinin rǝhbǝri John Kerry ilə telefon vasitǝsiylǝ görüşüb.

615181
Çavuşoğlu ilǝ Kerry arasında telefon danışığı olub

Məlumata görə, telefon danışığı zamanı, Hǝlǝbdǝki mövcud vəziyyət başda olmaqla Suriya ilǝ ǝlaqǝli cǝrǝyan edǝn proseslǝr müzakirǝ edilib.

Xarici işlər naziri Çavuşoğlu ilǝ ABŞ dövlǝt katibi Kerry arasında 18 Noyabrda da telefon danışığı reallaşmışdı.

Görüşdə Rǝqqaya istiqamətli əməliyyat və terror təşkilatlarına qarşı mübarizə başda olmaqla Suriya ilǝ ǝlaqǝli aktual vəziyyət haqda fikir mübadiləsi aparılmışdı. İki nazir, Mosul əməliyyatı məzmununda cǝrǝyan edǝn prosesi müzakirǝ etmişdi.

 



Әlaqәli Xәbәrlәr