Ö.Çelik: ‘‘İfrat sağçılar Aİ-nı vә sülhü tәhdid edir’’

Avropa  İttifgaqı üzrә nazir Ömәr Çelik Avropada ultrasağçılar ilә yarışmaq üçün Türkiyə əleyhinə  və islamofobiya siyasәti yeridәnlәrin  irqçiliyin güclənməsinə xidmət etdiklərini söylədi.

614568

Ömər Çelik şәxsi ‘‘Twitter’’ sәhifәsindәn verdiyi açıqlamada  Avstriya baş naziri Kristian Kern və Xarici İşlər naziri Sebastian Kurzun  Türkiyә ilә bağlı çıxışları ilә әlaqәdar: ‘‘  Avstriya baş naziri vә Xarici İşlәr naziri Türkiyә mәsәlәsindә ultrasağçılardan daha çox radikal çıxışlar edirlәr’’ deyә bildirdi.

 Ömәr Çelik  bu cür prinsiplә hәrәkәt edәnlәrin seçkilәrdә mәğlub olduğunu bildirdi.

Avropada sağcı  ekstremistlərlə mübarizə aparmaq əvəzinə onlarla eyni kuluarlarda  yarışan bütün siyasәtçilәrin  mәğlub olduqlarını bildirәn Ömәr Çelik ifrat sağçıların  Aİ-nı vә  sülhü tәhdid etdiyini qeyd etdi.

Әlaqәli Xәbәrlәr