İƏT İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin  32-ci toplantısı öz işinə başladı

Türkiyə İnkişaf Nazirliyi tərəfindən təşkil edilən tədbirdə 57 üzv və 5 müşahidəçi ölkənin nümayəndə heyətləri ilə yanaşı İƏT təşkilatları və beynəlxalq təşkilatlardan nümayəndələr iştirak edirlər.

614932
İƏT İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin  32-ci toplantısı öz işinə başladı

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin  32-ci toplantısı, "Yüksək Səviyyəli Ekspertlər İclası" ilə bu gün İstanbulda başladı.
 
 Nazirlər toplantısı isə noyabrın 23-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış nitqi ilə başlayacaq.
 
 Bu ilki toplantının əhəmiyyətli gündəm maddələrindən birini ümumi böyüklüyü 2015-ci ildən etibarən 2 trilyon dollar səviyyəsinə çatan, potensial böyüklüyü 7 trilyon dollar olaraq təxmin edilən İslam Maliyyə sektorunun İslam ölkələrində inkişaf etdirilməsi və bunun üçün lazımi işlərin görülməsi təşkil edir.

Türkiyə İnkişaf Nazirliyi tərəfindən təşkil edilən tədbirdə 57 üzv və 5 müşahidəçi ölkənin nümayəndə heyətləri ilə yanaşı İƏT təşkilatları və beynəlxalq təşkilatlardan nümayəndələr iştirak edirlər.
 
 Bu arada,  İƏT İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin İslam ölkələri arasında ticarəti artırmağa yönəlmiş ən mühüm layihəsi olan İƏT üzvü ölkələr arasında Seçimli Ticarət Sisteminin (TPS-OIC) operativ hala gəlməsi üçün işlər davam edir. Hüquqi zəmini tamamlanan seçimli ticarət rejiminin qarşıdakı dövrdə faktiki olaraq tətbiq olunacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr