Avropa itkin düşmüş uşaqlar mövzusunda susur

Avropa hökumətləri qaçqın statusundakı 10 mindən çox itkin düşmüş  uşaq mövzusunda səssizliyini qoruyub saxlayır.

614909
Avropa itkin düşmüş uşaqlar mövzusunda susur

  İstanbulda keçirilən NATO Parlamentlərarası Asambleyasının 62-ci sessiyasında  iştirak edən Türkiyə Böyük Millət Məclisinin  Avropa İttifaqına Uyğunlaşma Komissiyasının sözçüsü Zəhra Taşkəsənlioğlu qaçqınlarla bağlı problemlərə Avropa nümayəndələrinin səssiz qaldığını və ya problemlərin görməzlikdən gəlindiyini söylədi.
 
 Avropa İttifaqı tərəfindən yaradılan Avropa Polis Ofisinin qaçqınlarla bağlı bu il hazırladığı məruzəyə diqqəti çəkən Taşkəsənlioğlu hesabatın açıqlanmasından sonra heç bir işin görülməməsini tənqid etdi.
 
 Bir il ərzində Avropada 10 min qaçqın uşağın yox olduğunu bildirən Taşkəsınlioğlu: " Beynəlxalq ictimaiyyət tərəfindən cəzalandırılacaqlarından qorxduqları üçün  səssiz qalırlar" dedi.
 
 Uşaqların orqan mafiyası və ya narkotik satışı ilə məşğul olan qeyri-qanuni təşkilatlar tərəfindən də qaçırılmış olma ehtimalının yüksək olduğunun vurğulandığını dilə gətirən Taşkəsınlioğlu itkin düşən uşaqların DEAŞ və buna bənzər terror təşkilatları tərəfindən də istifadə olunma hallarının da ehtimallar arasında olduğunu bildirdi.



Әlaqәli Xәbәrlәr