Mis mədənində baş verən çökmə nəticəsində 3 işçi həyatını itirdi

Torpaq altında qalan 13 işçinin xilas edilməsi üçün fəaliyyətlər davam edir.

612988
Mis mədənində baş verən çökmə nəticəsində 3 işçi həyatını itirdi

Siirt vilayətinin Şirvan qəsəbəsində torpaq sürüşməsi nəticəsində mis mədənində baş verən çökmədə 3 işçi həyatını itirib.

Torpaq altında qalan 13 işçinin xilas edilməsi üçün fəaliyyətlər davam edir.

Özəl bir şirkətə məxsus mis mədənində baş verən çökmədə 8 yük və 3 iş maşınının da torpaq altında qaldığı bildirilir.

Siirt Valiliyinin açıqlamasında bildirilib ki, bölgədə torpaq sürüşməsi təhlükəsi davam etdiyinə görə xilasedicilər fəaliyyətlərini həssas şəkildə davam etdirir.

Torpaq sürüşməsinə güclü yağışın səbəb olduğu, ancaq başqa səbəblərin də ola biləcəyi ehtimalının araşdırıldığı bildirilir.

Baş nazir Binəli Yıldırım çökmə ilə əlaqəli olaraq nazirlərə zəng edərək məlumat alıb.

Bu arada Enerji və Təbii Sərvətlər Nazirliyinin açıqlamasında Nazirlik katibi Fateh Dönməz başçılığında yaradılan heyət bölgəyə gedib.



Әlaqәli Xәbәrlәr