Gənclik və İdman naziri Akif Çağatay Kılıç Almaniyada səfərdədir

Gənclik və İdman naziri Akif Çağatay Kılıç Almaniyada görüşlər keçirir.

613002
Gənclik və İdman naziri Akif Çağatay Kılıç Almaniyada səfərdədir

Gənclik və İdman naziri Akif Çağatay Kılıç Almaniyada görüşlər keçirir.

Nazir Kılıç səfəri zamanı Almaniya Federal Məclisində İdman Komissiyasının millət vəkilləri ilə keçirdiyi görüşdə Federal Məclisin iyun ayında 1915-ci il hadisələrilə əlaqəli qəbul etdiyi qərarın Türkiyə üçün qəbul edilməz olduğunu bir daha dilə gətirdiyini ifadə edib.

İdman naziri Akif Çağatay Kılıç görüşdə 15 iyuldakı çevriliş cəhdindən sonra Türkiyədə Fətullahçı terror təşkilatı mənsubları ilə əlaqəli fəaliyyətlərə də toxunulduğunu bildirərək deyib ki, biz bu nöqtədə dövlətin içindəki bütün FETÖ terror teşkilatı mənsublarını təmizləyənə qədər mübarizəmizi davam etdirəcəyik və bunu hüquq əsasları çərçivəsində yerinə yetiririk.

Nazir Kılıç Berlində keçirdiyi görüşlərində ona ifadə verməyə getməyən Xalqların Demokratik Partiyasının (HDP) bəzi millət vəkillərilə əlaqəli prosesin də sual edildiyini, bu mövzuda hər şəyin hüquqa uyğun çərçivədə yerinə yetirildiyini söylədiyini dilə gətirib.

İdman naziri Kılıç Almaniyada keçirdiyi görüşləri zamanı bunları söylədiyini ifadə edib: Bir alman millət vəkili bir prokuror tərəfindən ifadə verməyə çağırılsa və o prokurora mən sənin bu tələbini qəbul etmirəm, məhkəməni tanımıram, sənin verdiyin qərarı da eləcə, o vaxt bu ölkə hansı addımı atar? Bunları sual etdiyimiz zaman bunların cavabının hüquq çərçivəsində ən sərt şəkildə veriləcəyini və bunun əsla qəbul edilməz  olduğunu dilə gətirirlər. Biz də əsasən bunu dəyirik. Bunlar qəbul edilməz şeylərdir, ictimai asayış pozulur və bunları əsla qəbul etmirik.



Әlaqәli Xәbәrlәr