Binəli Yıldırım Ankarada jurnalistlərin suallarını cavablandırdı

Türkiyənin baş naziri Binəli Yıldırım terror təşkilatı PKK-nın Suriya qolu PYD-nin, Münbiç bölgəsindən mütləq çəkiləcəyini bildirdi.

613638
Binəli Yıldırım Ankarada jurnalistlərin suallarını cavablandırdı

 
 Baş nazir Binəli Yıldırım paytaxt Ankarada jurnalistlərin suallarını cavablandırdı.
 
 Münbiçdə PYD-nin aradan qaldırılması məsələsində əvvəldən bəri Amerika Birləşmiş Ştatları ilə razılaşma əldə etdiklərini ifadə edən Yıldırım: "ABŞ rəsmiləri hər görüşdə bu razılığın arxasında olduqlarını və lazım olanı edəcəklərini söyləyirlər. Hazırda verilən sözün həyata keçirilməsini göləyirik. İstənilən halda çəkiləcəklər" dedi.
 
 Dolların məzənnəsindəki artıma da toxunan Yıldırım gün ərzində İqtisadiyyat Koordinasiya Şurasının toplantısını keçirəcəklərini söylədi.
 
ABŞ-da prezident seçkilərindən sonra dünya iqtisadiyyatlarında bir hərəkətlilik başladığını bildirən Yıldırım: " ABŞ dolları və digər valyuta məzənnələrindəki artımlar da daxil olmaqla bu məsələləri müzakirə edıcıyik. Vətəndaşlarımız rahat olsun, Türkiyə iqtisadiyyatının əsasları möhkəmdir. Türkiyə iqtisadiyyatı ilə bağlı hər hansı bir tərəddüd yoxdur. Bir çox ölkənin iqtisadi göstəricilərindən daha yaxşı vəziyyətdəyik" dedi.
 
 Konstitusiya dəyişikliyilə bağlı fikirlərini də söyləyən Binəli Yıldırım bu məsələdə bütün siyasi partiyalara müzakirə qapılarının açıq olduğunu bildirdi.



Әlaqәli Xәbәrlәr