Bəkir Bozdağ:"Prezidentlik sistemində qanunvericilik və icra bir-birinə münasibətdə müstəqildir"

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ "Twitter"hesabından verdiyi açıqlamada prezidentlik sistemində qanunvericilik və icra hakimiyyəti orqanlarının bir-birindən tamamilə ayrı və müstəqil olduğunu bildirdi.

612229

 Qanunvericilik orqanının üzvlərinin və prezidentin xalq tərəfindən ayrı-ayrı seçildiyini deyən Bozdağ qanunvericiliyin prezidenti vəzifəsindən azad edə və prezidentlik səlahiyyətlərinə  xitam verə bilməyəcəyini, prezidentin də qanunu ləğv edə bilməyəcəyini qeyd etdi.
 
 Prezidentin vəzifəsinə başlaması və vəzifəsini davam etdirə bilməsi üçün qanunvericiliyin etimadına ehtiyacı olmadığına işarə edən Bozdağ prezidentlik  sistemində hakimiyyətə gəlmənin və hakimiyyətin dəyişdirilməsinin yalnız xalq səsverməsi ilə  olacağını vurğuladı.
 
 Bozdağ  siyasi sabitlik və güclü hakimiyyətin  prezidentlik sisteminin təbii və zəruri nəticəsi olduğunu vurğuladı.
 
 Parlamentar sistemdə isə siyasi sabitliyin sistemin təbii və zəruri nəticəsi olmayıb, sadəcə mümkün nəticələrindən biri olduğuna işarə edən Bozdağ parlamentar sistemdə seçkilərdən daima bir  iqtidarın çıxa biməyəcəyinə diqqət çəkdi.
 
 Bozdağ Türkiyədə hər iki ehtimalın  baş verdiyini bildirərək, bunları qeyd etdi: "29 oktyabr 1923-cü ildən bu günə qədər keçən 93 il ərzində 65 hökumətimiz oldu. Hökumətlərin orta hesabla ömrü təxminən 17 yarım aydır. Prezidentlik sistemi olsaydı, vəzifə müddəti 4 il hesabı ilə hazırda vəzifə başında 24-cü dövlət başçısı olardı. Türkiyənin 65-ci prezidenti 2183-cü ildə vəzifəyə gələrdi".

Әlaqәli Xәbәrlәr