"Türkiyə ilə Aİ arasında daha güclü mexanizmlər yaradılmalıdır",Ö.Çelik

Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çelik Brüsseldə Avropa Parlamentinin sədri Martin Şulz (Martin Schulz) və İttifaqın Xarici Siyasi Əlaqələr üzrə rəsmi nümayəndəsi Federika Moqerini (Federica Mogherini) ilə görüşüb.

611515
"Türkiyə ilə Aİ arasında daha güclü mexanizmlər yaradılmalıdır",Ö.Çelik

Avropa İttifaqı nazir Ömər Çelik Brüsseldə Avropa Parlamentinin sədri Martin Şulz (Martin Schulz) və İttifaqın Xarici Siyasi Əlaqələr üzrə rəsmisi  Federika Moqerini (Federica Mogherini) ilə görüş keçirib.

Nazir görüşlərdən sonra keçirdiyi mətbuat konfransında deyib ki, əvvəldən planlaşdırılan Brüsselə səfərimdə Türkiyənin düşüncələrini açık-aşkar ifadə etmə imkanı tapdım. Mövcud vəziyyət Türkiyə-Aİ əlaqələrinin ən həssas dövrüdür. Xeyli zamandır İttifaq tərəfindən Türkiyəyə qarşı təəssüf ki, heç vaxt qəbul edə bilməyəcəyimiz sistemli açıqlamalar yayımlanır. Son olaraq Türkiyə barəsində hazırlanan “İrəliləyiş hesabatı”nda uyğun olmayan mövzular qeyd olunub. Hesabatdakı bəzi ifadələr göstərir ki, bunu hazırlayanlar Türkiyədəki məsələləri tam mənası ilə başa düşməyiblər.

Türkiyəyə qarşı ortaya qoyulan bu mövqeyin qəbul edilməz olduğunu vurğulayan Ömər Çelik Türkiyənin tarix boyunca bir Avropa dövləti və 100 ildir də güclü bir Avropa demokratiyasına sahib olduğunu söyləyib.

Fətullahçı Terror Təşkilatının 15 iyuldakı çevriliş cəhdi zamanı xalqın ortaya qoyduğu müqavimətin bütün demokratiyalara nümunə təşkil etdiyini dilə gətirən nazir deyib ki, qarşı-qarşıya olduğumuz şərtlərdə Türkiyə və Avropa İttifaqı arasında daha güclü həmrəylik və mexanizmlərin yaradılması vacibdir. Türkiyəyə qarşı mənfi siyasət izlənməsi bu mərhələdə düzgün olmayan bir mövqeydir. Türkiyənin atdığı addımlar doğru başa düşülməlidir.

Aİ naziri Ömər Çelik onu da vurğulayıb ki, terror təşkilatı PKK və Fətullahçı Terror Təşkilatı (FETÖ) kimi ünsürlərin Avropa coğrafiyasında rahat şəkildə hərəkət etməsi, PKK-nı tərifləyən bəzi sərgilərin Avropa Şurasında nümayiş etdirilməsi Avropa İttifaqının təmsil etdiyi dəyərlər baxımından ziddiyyət təşkil edir. Bunlar qəbul edilməzdir.

Avropa İttifaqının Qonşuluq Siyasəti və Geniş Danışıqlar üzrə komissarı Yohannes Hahnın (Johannes Hahn) Türkiyəyə qarşı mövqeyini də tənqid edən nazir bildirib ki, genişləmə üzrə komissar Türkiyə gündəmdə olduğu vaxt genişləməyə mane olacaq şəkildə hərəkət edir. Halbuki onun vəzifəsi İttifaqın gənişləməsinə imkan yaratmaqdır. Heç kəs özünün ideoloji düşüncələrini və öz siyasi yanaşmalarını Avropa İttifaqı qurumlarının arxasına gizlənərək ifadə etməməlidir.

Davam edən terror istintaqlarında ifadə verməyə getmədiyinə görə haqqında saxlanılma qərarı qəbul edilən Xalqların Demokratik Partiyasının Şırnak şəhərindən millət vəkili Faysal Sarıyıldız ilə Hahnın görüşünə də reaksiya göstərən Ömər Çelik sözlərinə davamla deyib: “komissarın Türkiyənin həssas olduğu mövzulara ziyan vuracaq şəkildə görüşlər keçirməsi, Türkiyədə məhkəmə qərarı ilə axtarışda olan şəxslərin Komissarın vəzifəsi olmadığı halda onun tərərfindən qəbul edilməsi və bunu Türkiyənin gözünə soxacaq şəkildə ortaya qoyması qəbul edilməzdir. Bu, “Biz Türkiyə ilə əlaqələrin mənfi istiqamətdə irəliləməsini istəyirik” mənasını daşıyır.

“Bu nöqtədə Avropa İttifaqının Türkiyəyə qarşı istifadə etdiyi mənfi ifadələr və Türkiyəyə qarşı yanaşmasında sadəcə mənfi sözlər üzərindən danışması aradakı prosesdə addım atılmasına mane olur. Bu prosesdə bundan sonra bu tərz irəliləmək qeyri-mümkündür. Terrorçuların geri qaytarılmasında addımlar atılmalı, PKK və FETÖ mənsublarının hərəkətləri məhdud edilməlidir. Ayrıca fəal şəkildə həmrəylik göstərilməlidir”, - deyə Aİ naziri Ömər Çelik vurğulayıb.



Әlaqәli Xәbәrlәr