Ərdoğan Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı referendum keçirməyi  təklif etdi

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı referendum keçirməyi  təklif etdi.

610644
Ərdoğan Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı referendum keçirməyi  təklif etdi


Beştəpədə milli kənd təsərrüfatı layihəsi münasibətilə təşkil olunan tədbirdə çıxış edən Ərdoğan Türkiyənin yeni təhlükəsizlik konsepsiyasına görə bundan sonra heç bir terror təşkilatının keçirdiyi aksiyaya tolerantlıq göstərilməyəcəyini söyləyərək:"PKK-nın, və ya başqa terror təşkilatının heç bir əməlinə qarşı ən kiçik bir yumşaqlıq, tərəddüd olmayacaq. Tam əksinə, belə bir vəziyyətdə var gücümüzlə terror təşkilatının bilinən-bilinməyən nə qədər adamı, dəstəkçisi, köməkçisi varsa, hamısını hüquq çərçivəsində, haqq etdiyi cəzaya məhkum edəcəyik" dedi.
 
 Prezident beynəlxalq aləmdə də bu təşkilatların arxasında duranlarla mübarizədən geri çəkilməyəcəklərini bildirdi.
 
 Ərdoğan terrorla mübarizə məsələsində:"Hücumlara elə bir cavab verəcəyik ki, belə bir niyyəti bir daha ağıllarından keçməsinlər" ifadələrini işlətdi.
 
 Türkiyənin dövlət başçısı  Avropa Parlamentinin sədri Martin Schulzun Türkiyənin ölüm hökmünü geri qaytarması halında ölkəyə sanksiya tətbiq edəcəyinə dair açıqlamalarına da reaksiya göstərərək: "Gecikdiniz" dedi.
 
 Avropa İttifaqına üzvlük məsələsii ilə bağlı olaraq referendum keçirməyi təklif edən Türkiyə prezidenti çıxışının sonunda salonda olan baş nazir Binəli Yıldırıma tərəf dönərək:"Baş nazir buradadır, nazirlər buradadırlar. Mən də prezident kimi deyirəm ki, ilin sonuna qədər səbr edək, ondan sonra millətdən soruşaq" dedi.



Әlaqәli Xәbәrlәr