“Bizim təlimat alacağımız yeganə mənbəyimiz əziz millətimizdir”,B.Yıldırım

Baş nazir Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup iclasında gündəmi dəyərləndirib.

611220
“Bizim təlimat alacağımız yeganə mənbəyimiz əziz millətimizdir”,B.Yıldırım

Baş nazir Binəli Yıldırım 15 iyulda çevrilişə cəhd edən Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinə (FETÖ/PYD) qucaq açan Avropa İttifaqının Türkiyəyə xəbərdarlıq edə bilməyəcəyini söyləyib.

Baş nazir Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup iclasında gündəmi dəyərləndirib.

Baş nazir terrorçulara qucaq açan Aİ-na sərt reaksiya göstərərək deyib ki, FETÖ-yə qucaq açanlar terror təşkilatı PKK-nın quldurbaşının şəkillərini asanlar Türkiyəyə xəbərdarlıq edə bilməzlər. Avropa İttifaqı terrorçuların ağzı ilə danışmasın. Terror qruplaşmaları və onların siyasi davamı olanlara dəstəkdən əl çəksinlər.

Türkiyə haqqında bugünlərdə Aİ çevrələrində bir sıra  mənfi açıqlamaların davam etdiyini vurğulayan Baş nazir Yıldırım qeyd edib ki, İttifaqdakı dostlarımız 15 iyuldakı xain çevriliş cəhdi qarşısında gözlədiyimiz mövqeyi ortaya qoymadılar. Aİ-nın Türkiyə iləmi yoxsa Türkiyənin düşmənləri iləmi yola davam edəcəyinə qərar verməsi lazımdır. Bu ölkə nə Avropa nə də başqa bir millətdən, ölkədən təlimat almaz. Bizim təlimat alacağımız yeganə mənbəyimiz əziz millətimizdir. 



Әlaqәli Xәbәrlәr