Almaniyanın məxfi sənədləri Steinmeieri təzkib edir

Rəsmi səfərlə paytaxt Ankarada olan Almaniyanın Xarici İşlər naziri Frank Walter Steinmeier ölkəsinin Türkiyədən qaçan terrorçulara qucaq açdığı ilə bağlı ifadələrin qəbul edilməz olduğunu söyləyib.

611282
Almaniyanın məxfi sənədləri Steinmeieri təzkib edir

Rəsmi səfərlə paytaxt Ankarada olan Almaniyanın Xarici İşlər naziri Frank Walter Steinmeier ölkəsinin Türkiyədən qaçan terrorçulara qucaq açdığı ilə bağlı ifadələrin qəbul edilməz olduğunu söyləyib.

Fətullahçı Terror Təşkilatı FETÖ-nün iyulun 15-dəki çevriliş cəhdindən sonra Almaniyanın sadəcə  Şimalı Ren-Vestfalya əyalətinə keçmiş Türk diplomatik pasportu sahibi ən az 43 nəfərin sığınacaq üçün müraciət etdiyi məlumdur.

 “Rheinischə Post” qəzetinin məxfi sənədlərə əsaslandırdığı xəbərə görə, əyalətdə sığınacaq üçün müraciət edən bu 43 nəfərin arasında diplomatlar və ailələri ilə yanaşı əsgərlər də var.

Xəbərdə bildirilib ki, həmin şəxslərin sığınacaq üçün müraciətlərinin qəbul edilib edilmədiyi isə hələ də qeyri-müəyyəndir. Əyalət rəsmiləri Türkiyədən müraciətlərin davam edəcəyini güman edirlər.

Ancaq Almaniyanın XİN rəhbəri həmkarı Çavuşoğlu ilə bugünkü görüşündə bunlardan bixəbərmiş kimi deyir ki, Almaniyanın terrorçulara qucaq açdığı barədəki açıqlamaları qəbul etməyimiz qeyri-mümkündür.

“Rheinischə Post” qəzetinə açıqlama verən hökumət mənbələri isə nəyahət doğru bir şey deyir. Alman məsullar keçmiş Türk diplomatların sığınacaq tələbləri barədə qərar verməyin asan olmadığını bildirərək deyirlər ki, ölkəmizdə qalmalarına icaz vərsək Türkiyə ilə əsasən gərgin olan əlaqələrə daha çox zərər veriləcəkdir.



Әlaqәli Xәbәrlәr